Verdi bir şəxs övrətinə təlaq,Vəchin ondan soruşdu bir sarsaq.Dedi ol şəxs: – Ey səfihü dəğa,Eybdir etdiyin sual sana.Belə biqeyrətəm məgər, ey pir,Övrətim eybini qılım təqrir.Çəkdi sail sualdan xiclət,Bu hekayətdən ötdü bir müddət,Getdi bir şəxsi-digərə ol zən,Yenə bu sordu ol rəfiqindən.Dedi: – Ey dust, indi ol övrətOldu bir şəxsi-digərə qismət.Nə üçün sən təlaqini verdin,Onda aya nə bəd əməl gördün?Dedi kim, ey bəradəri-nadan,Sorduğun eybi-narəvadən utan!O gedib özgəyə olubdur zən,Soruşursan qəribə söz məndən.Mən sənə qeyr söhbətin danışım,Özgənin eybi-övrətin danışım?Sorma, xamuş ol bu söhbətdən,Xövf qıl zilləti-qiyamətdən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов