Harun və şairlər əhvalatı
Gəldi Harun üçün iki şair,Hərə bir fərd eyləyib zahir.Bu idi fərdi-əvvələ məna –Ki, olur yaxşı felə yaxşı cəza.Fərdi-sanidə həm bu idi əyan –Ki, həmişə olur yamanə yaman.Şairi-əvvələ o fəxri-kübarMərhəmət qıldı min ədəd dinar.Şairi-saniyə həm etdi ətaƏvvəlin nisfini, o kani-səxa.Əhli-bəzm oldu bu işə heyran,Dedilər: – Ey xəlifeyi-dövran,Birdi mənadə kim, bu iki kəlam,Bəs nədən oldu müxtəlif ənam?Dedi kim, şəxs olsa xoştinət,Yaxşılıqdan müdam edər söhbət.Var idi tinətində çünki səfa,Yaxşılıq fərdin eylədi o əda.Ol birində yamanlıq oldu nihan,Odu kim, söylədi yamanə yaman.Sifəti-sahibi-kəlamdı söz,Batin asarına təmamdı söz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-harun-ve-sairler-ehvalati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Siyah zülfün olub ruyüvə niqab dedim,Bu gün genə tutulub, ey məh, afitab dedim.
Neçə rədifi-qəzəl etdim intixab, dedimNeçə rədifi-qəzəl etdim intixab, dedim,Nəzireyi-şüərayi-fələkcənab dedim.
Əl çatsa fəda canımı cananə edərdimƏl çatsa fəda canımı cananə edərdim,Şəmi-rüxünə könlümü pərvanə edərdim.
Neylirəm gülzarı kim, sən gülüzarımsan mənimNeylirəm gülzarı kim, sən gülüzarımsan mənim,Sünbülüm, sərvim, gülüm, bağım, baharımsan mənim.