Neylirəm gülzarı kim, sən gülüzarımsan mənim,Sünbülüm, sərvim, gülüm, bağım, baharımsan mənim.

Dolsa aləm xublərdən istəməm, zira ki, sənXublərdən, sevdigim, ziba nigarımsan mənim.

Gah alırsan canımı, gahi verirsən can mənə,Sən məgər kim, ey büti-tənnaz, tarımsan mənim.

Gəlmə nəşim üstə versəm həsrətindən can əgər,Qeyrilər ta olmasın agəh ki, yarımsan mənim.

Başımın tacı qübari-məqdəmindir, ey sənəm,Sən səriri-izzət üzrə tacdarımsan mənim.

Макта — последний бейт с тахаллусом поэта. Seyyidi-sərgəştə tək miskin gədayəm, leyk sən,Sərvərim, şahım, pənahım, hər nə varımsan mənim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви