Neçə rədifi-qəzəl etdim intixab, dedim,Nəzireyi-şüərayi-fələkcənab dedim.

Olar ki, hər biri bir afitab-rəxşandır,Bu zərrə ta ola xurşidə intisab, dedim.

Nəzireyi-qəzəli-Cürmiyə edib iqdam,Həzar cürmü qüsur ilə bir cəvab dedim.

Hicab eyləmədim göfteyi-Sürəyyadən,Cəvab ol əxtəri-tabanə bihicab dedim.

Müniri nəyyiri-əzəmdi çərxi-nəzm üzrə,Nə eybi, gər onu nisbətdə afitab dedim.

Cigərdə daği-nihan bir cavab Dilxunə,Xəcalət atəşinə dil olub kəbab, dedim.

Könüldə var nihan iştiyaq Müştaqə,Olur ki, bir gün ola vəslə fəthi-bab, dedim.

Макта — последний бейт с тахаллусом поэта. Ümid var ki, edə əfv cürmümü Cürmi,Xətalərimi bilib, Seyyida, cəvab dedim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе