Ta səhər şami-fərağın kövkəbəfşandır gözüm
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ta səhər şami-fərağın kövkəbəfşandır gözüm,Əşki-gülgun içrə, ey bimehr, pinhandır gözüm.
Gəh gözün yadilə könlüm dərd ilə bimardır,Gəh ləbi-ləlin xəyalindən dolu qandır gözüm.
Gəh gözüm əhvalına könlüm qılır fəryadlər,Gah könlüm dərdinə suz ilə giryandır gözüm.
Dövri-çeşmi-əşkbarımda səfi-müjkan degil,Ol pərinin oxlarından dolu peykandır gözüm.
Макта — последний бейт с тахаллусом поэта. Yardən ayrıldı, bilməz şami-hicran halını,Seyyidi-biçarə əhvalinə heyrandır gözüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ta-seher-sami-feragin-kovkebefsandir-gozum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ta niqab arizinə zülfi-dütadən saldı,Məni ol mahliqa şurü həvadən saldı.
Nolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydıNolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydı,Alıb piyalə ələ yar meygüsarım olaydı.
Sanma güldür gətirən səhni-gülüstanə məniSanma güldür gətirən səhni-gülüstanə məni,Gülə sənsiz nəzər etsəm gətirər canə məni.
Bilməm ki, bu nə fitneyi-dövrü qəmər olduBilməm ki, bu nə fitneyi-dövrü qəmər oldu,Saqi, hanı xurşidi-mey, axır səhər oldu.
Стихи других поэтов
Badi-səba, xəbər apar yarımaSöylə ona bir-bir halım yamandır
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
ÜnçəqayGəl, gəl, ey sevgili yarım,Götür üzdən niqab ünçəqay,