Şəbi-hicran o qədər naləvü əfğan etdim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Şəbi-hicran o qədər naləvü əfğan etdim,Ta ki, çeşmi-fələki halıma giryan etdim.
Görcək ol surəti-zibanı özümdən gedibən,Surəti-halıma surət kimi heyran etdim.
Bu təmənnadə idim kim, ola can qurbanın,Şükr lillah ki, axır sənə qurban etdim.
Eylədim dərdü qəmi-hicrə ölümdən çarə,Gör nə asan bu qədər müşgülə dərman etdim.
Ta dedim aşiqinəm qəhr ilə tökdün qanım,Aşiq oldum sənə, ey mah, məgər qan etdim?!
Oldu qətlimdə pəşiman, pəşimanəm kim,Nalə ilə özüm ol mahı pəşiman etdim.
Макта — последний бейт с тахаллусом поэта. O qədər ağladım ol mah qəmindən, Seyyid,Aqibət Nuh kimi aləmə tufan etdim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-sebi-hicran-o-qeder-nalevu-efgan-etdim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Söz yox ki, Gülüstani-İrəmdir Qudyal,Ahuləri ram olan hərəmdir Qudyal.
Bir gecə Əbu Ləhəb tapıb Kəbəyə əlBir gecə Əbu Ləhəb tapıb Kəbəyə əl,Ahuyi-tilanı sirqəd etdi o dəğəl,
Xaki-Nəcəfi-Əşrəfə oldum vasilXaki-Nəcəfi-Əşrəfə oldum vasil,Səd şükr xudayə, feyz aldım kamil,
Tiflisdə bir sərvqədü siməndamTiflisdə bir sərvqədü siməndam,Mehmanım olub bir gecə içdi neçə cam,
Стихи других поэтов · О любви
Qalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*