Olmadı
Fələk əydi ayrı düşdüm elimdən,Bəxtim yatdı, hala yanan olmadı.Həsrət qoydu məni zaman gülümdən,Anlayıb dərdimi qanan olmadı.
Bir gözəlin eşqi düşdü başıma,Yaman səda gəlib çatdı guşuma.O, pərimdi səbəb bu göz yaşıma,Heç olmasa əhdi danan olmadı.
Məmmədhüseyn ahu-zarda qalıbdır,Didərgindi yad diyarda qalıbdır.Peyman etdim yarım harda qalıbdır,Mənim bu halımı duyan olmadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-olmadi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Əsiriyəm bir dilbərin ki, əgərXəncərlə şan-şan o yara məni,
Gözəl dərdMəhəbbətdə taleyin öz nuru var,Gözəl arzu, saf niyyətdi məhəbbət,
VarmıAla gözlü, uca boylu şahzada,Şah sənsənmi, səndən qeyri şah varmı!?
Ol cəfakar nəzərdən bizi atmış kimidirOl cəfakar nəzərdən bizi atmış kimidir,Qeyr ilə həmdəm olub, ülfəti qatmış kimidir.