Oxşa məni
Mehriban sənəmim, şöhrətim mənim,Aşiqinəm dərdim bil, oxşa məni.Hicranın güclüdür dözməyir qəlbim,Astadan üzümə gül, oxşa məni.
Özün etdin məni dərdə mübtəla,A qaşları qara, a gözü ala.Qoyma bu dərd məndə ömürlük qala,A bəstə boy, şirin dil, oxşa məni.
Mail olub səndə bu yetkin çağa,Məmmədhüseyn canın verdi sadağa.Kim can deməz sənin kimi qonağa,Qal yanımda bütün il, oxşa məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-oxsa-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
A sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
VarıymışNələr gördüm, gəşt elədim dünyanı,Hər bir işin qeylü-qalı varıymış.
ƏslimizƏslimiz olmuş əhli-Hövsandan,Gəmi zəhmətkeşi olubdur atam.
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,