Mənim
Ay ağalar, nə bəlalı qul oldum,Tapılmır dərdimə dəvalar mənim.Fitnəkar kəslərin hökmü ucundanVurulur sinəmə yaralar mənim.
Baş götürüb çıxdım Göyçə elindən,Yağı düşmən oyanmamış yerindən.Ay ellər, düşmüşəm haqq nəzərindən,Gəlibdir başıma bəlalar mənim.
Şikəstə könlümün gözləri nəmli,Sinəm dərdli, həm qəmli, həm vərəmli.Bir mirzə istərəm əli qələmli,Mən deyəm, dərdimi yazalar mənim.
Baş ağardı, qədd əyildi, qocaldım,Günüm keçdi, sədd əyildi, qocaldım.Fələk əydi yaman günlərə qaldım,Dərdim olub geniş dəryalar mənim.
Məmmədhüseyn, dünya fanidir, fani,Taxtından endirdi çox Süleymanı.Haraya çağırdım Şahi-Mərdanı,Yetişsin dadıma ağalar mənim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-menim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Təbib yox, cərrah yox, bulunmaz əlac,Sağalmaz, qurtarmaz, yara çətindi.
Mən oldumEy ağalar, rəvamıdır bu gündəYar üzünə həsrət qalan mən oldum,
Müxəmməs: Göstərdi mənə dün biri bir qaşı hilalıGöstərdi mənə dün biri bir qaşı hilalı,El bir-birinə mahi-nəvi eylər kimi hali,
VarBir əcayib şey deyim, görkü necə halı var,Əlli altı, yüz üç dəfə, min altmış beş gülü var,