Müxəmməs: Göstərdi mənə dün biri bir qaşı hilalı
Göstərdi mənə dün biri bir qaşı hilalı,El bir-birinə mahi-nəvi eylər kimi hali,Qayətdə mənə xoş gəlibən hüsnü cəmalı,Çün aldım atanın əsl kökündən bu sualı,Bir alinəsəbdir dedilər ol güli-ali
Nadan ilə heyfim gəlir, ey adəmizadə,Gül yarpağı tək ömri-şəbabın gedə bada,Bil qədri-süxən, kəsbi-kamal eylə ziyadə,Gər təbi-lətifin qıla şairlik iradə,Seyranə gətür hər gecə memari-xəyali
Ey pak zəmir, ayineyi-ərseyi-dövran,Şairliyə üz qoyma, edər kim səni heyran,Qürbətdə gərək gün keçirə mərdi-süxəndan,Kəm qiymət olur suda ikən gövhəri-qəltan,Yəni hünər avarə qılar əhli-kəmalı
Ney tək nə rəva kim olasan özgəyə dəmsaz,Səyyadi-məani ola gör, ey gözü şahbaz,Həmcins gərəkdir edə həmcins ilə pərvaz,Eyni-tələbin şeir isə ol şairə həmraz,Tuti kimi ta öyrənəsən tərzi-məqali
Gər qəlbi-əsəddən çıxar olsan günəş asa,Ay tək on iki bürcü tamam eylə təmaşa,Mizanə düşüb sabit olarsan daxi əla,Gər həmdəm olasan bu Nişat ilə müdama,Qürbətdə daxi qalmaz atanın dərdü-məlalı
Kitabxana.az · https://kitabxana.az/ru/works/nisat-sirvani-muxemmes-gosterdi-mene-dun-biri-bir-qasi-hilali
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə
Qəzəl: Vəfa məğzi nə mümkündür ola hər baş arasındaVəfa məğzi nə mümkündür ola hər baş arasında,Bu bir sərmayədir kim aşiqi-qəllaş arasında
Qəzəl: Qəm tutma, könül, eşqi ziyafətlü deyirlərQəm tutma, könül, eşqi ziyafətlü deyirlər,Xof ilə bu sərmənzili heybətlü deyirlər
Qəzəl: Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləmSevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm
Стихи других поэтов
Qafil könul, bir məclisə varanda,Ver qadağa acı dilə, danışma.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
Yaxşidur (Bir məclisə varanda...)Bir məclisə varanda özüni ögməŞeytana can verib yoxsuli döqmə,