Məni hər kim edib ol mahliqadən məhrum
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Məni hər kim edib ol mahliqadən məhrum,Görüm olsun onu əltafi-xudadən məhrum.
Qönçeyi-dil nə vəsaitlə güşayiş tapsın,Gülşəni-eyşim olub badi-səbadən məhrum.
Qoydu suzan, edib ol saiqeyi-hüsnü cəmalNəxli-ümmidimizi nəşvü nəmadən məhrum.
Tutmayan aləm ara piri-müğan damənini,Vadiyi-qəmdə qalır rahnümadən məhrum.
Sındı səndən, dəxi dil naləvü fəryad etməz,Çini olmazmı şikəst, olsa sədadən məhrum?
Gəlmişəm kuyüvə yüz səy ilə can vermək üçün,Məni qaytarma, Xəlilim, bu Minadən məhrum.
Макта — последний бейт с тахаллусом поэта. Qədrini bilməsən ol Kəbeyi-hüsnün, Seyyid,Eyləsin həq səni aləmdə səfadən məhrum.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-meni-her-kim-edib-ol-mahliqaden-mehrum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dün dolandım başına, söylədi pərvanədi bu,Zülfün aldım əlimə, güldü ki, divanədi bu.
Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut.Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut.Tutma əldə zahidin təsbihini, peymanə tut.
Əmərəm ləblərini ta nəfəsim var mənimƏmərəm ləblərini ta nəfəsim var mənim,Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim.
Gecə gördüm səni, ey afəti-dövran, yuxudaGecə gördüm səni, ey afəti-dövran, yuxuda –Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda.