Girib həmmam ara dildarı gördüm,Təcəlladən əyan didarı gördüm.

Bədən su içrə, baş sudən kənarə,Su içrə şölə çəkmiş narı gördüm.

Dağıtdı kakilini şanə hər yan,Pərişan nafei-tatarı gördüm.

Nəhan oldu pəri tək xəlvətində,O xəlvətdə olan əsrarı gördüm.

Gözüm düşdü o badami-düməğzə,Dolu badamdən anbarı gördüm.

Sulandı şərbəti-şəkkərdən ağzım,Bürəhnə çün süreyni-yarı gördüm.

Макта — последний бейт с тахаллусом поэта. O zülfü, Seyyida, qıldı həmayil,Sənin boynunda mən zünnarı gördüm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви