Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut.
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut.Tutma əldə zahidin təsbihini, peymanə tut.
Zahidü məscid təmənnasın çox etmə, ey könül,Zahidi bir cüğd bil, həm məscidi viranə tut.
Xublər zülfində görsən bu pərişan könlümü,Boynu bağlanmış onu, zəncirə bir divanə tut.
Ol məhi-namehriban istər ki, zülfün darasın,Sən götür ayinə ey gün, ey qəmər, sən şanə tut.
Can verib cananə, yan şəmi-rüxündən dilbərin,Gər kəmal istərsən ey dil, şiveyi-pərvanə tut.
Xublər eşqində gör imdi mənim rüsvalığım,Qisseyi-Fərhad ilə Məcnunu bir əfsanə tut.
Макта — последний бейт с тахаллусом поэта. Girmə sən məscidlərə namərd zahidlər kimi,Seyyida, meyxanədə peymanəni mərdanə tut.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ey-konul-mescid-yolun-terk-et-rehi-meyxane-tut
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi,Zövqi-didar ilə könlümdə qərarım var idi.
Eylədi axır fələk ol gülüzarımdan məniEylədi axır fələk ol gülüzarımdan məni,Saldı dəşti-qürbət içrə kuyi-yarımdan məni.
Zahidin gər güzəri bir düşə meyxanə sarıZahidin gər güzəri bir düşə meyxanə sarı,Kafərəm gər dönə ol məscidi-viranə sarı.
Dünən gecə mənə həmbəzm bir səmənbər idiDünən gecə mənə həmbəzm bir səmənbər idi,Məhi-cəmalı ilə gözlərim münəvvər idi.
Стихи других поэтов · О любви
Cana, üzündəki o iki mahitabə bax!Qəlbimdəki bu dərdə, qəmə, iztirabə bax!
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
GetdiYarsız yenə qan ağlarım dəmadəm,Kəsilibdi səbri-qararım, getdi.