Könül olubdu fərağında biqərar, ey dust
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Könül olubdu fərağında biqərar, ey dust,Neçin məni elədin zarü dilfikar, ey dust!
Ümid əlim üzülüb daməni-visalından,Sənə bu növ degildim ümidvar, ey dust!
Binayi-taqətimi seyli-ğəm xərab etdi,Bu qədr gözlərimi etmə əşkbar, ey dust!
Visaldə neçə gün xoş keçirdi əyyamım,Həsəd apardı bizə çərxi-kəcmədar, ey dust!
Nə sən fəraqə səbəb olmusan, nə mən bais,Bu dərdə saldı bizi dövri-ruzigar, ey dust!
Səni vəfalı bilib eşqinə könül verdim,Pəriliqalərə olmazmış etibar, ey dust!
Olar nə lütf idi, ey gülüzar, bu nə cəfa,Tərəhhüm et, məni öldürdü xar-xar, ey dust!
Səni qəsəm verirəm ol kərimi-zişənə,Bəyan qıl mənə könlündə hər nə var, ey dust!
Макта — последний бейт с тахаллусом поэта. Fəda olum sənə, Seyyid sənin qulamındır,Bu qədr zillətə etmə onu düçar, ey dust!
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-konul-olubdu-feraginda-biqerar-ey-dust
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səndə, ey ləli şəkər, bunca vəcahət qalmaz,Dili-sədpareyi-aşiqdə cərahət qalmaz.
Novbahar əyyamıdır, mən zar qaldım yarsızNovbahar əyyamıdır, mən zar qaldım yarsız,Hiç bülbül olmasın bu fəsldə gülzarsız.
Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuzBağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz,Gül açıldı, bülbül oldu şad, məndə qəm hənuz.
Mehri-rüxsarüvi dil mahi-səmadən seçməzMehri-rüxsarüvi dil mahi-səmadən seçməz,Etibarı yox onun, ağı qəradən seçməz.