Ey xəstə könül, əzmi-səri-kuyi-nigar et,Ol kuydə can nəqdini cananə nisar et.

Mahi-rüxi-canan xət ilə oldu siyəhgun,Gün keçdi, könül, gəl dəxi fikri-şəbi-tar et.

Peymanəni sındırmaya ta səngi-həvadis,Mey şişələrin dövrənə, ey dust, həsar et.

Cəhd et olasan vəsvəseyi-əqldən azad,Məcnun kimi seyr etməgə səhrayə güzar et.

Məsciddə həsiri eləmə aləti-təzvir,Mərdanə qədəh tut, bu riyadən dəxi ar et.

Mənzurun əgər aləm ara kəsbi-ziyadır,Bir mahrüxün tut ətəgin, busi-kənar et.

Макта — последний бейт с тахаллусом поэта. Ey Seyyid, əgər həşt-behişt isə muradınAləmdə, yeri, peyrəviyi-həştü çəhar et.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви