Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz,Gül açıldı, bülbül oldu şad, məndə qəm hənuz.

Aləm oldu şad, bülbül vəsli-güldən kamyab,Məndədir bir gül fərağından qəmi-aləm hənuz.

Kuhkən dağ üzrə oldu tişeyi-qəmdən həlak,Qarə geydim, dağə batdım, saxlaram matəm hənuz.

Afitabım, ləlini bir gecə görmüş xabdə,Şövqdən dürlər tökər bu dideyi-pürnəm hənuz.

Mehri ol mahın siriştə oldu ol gün könlüməKim, müxəmmər olmamışdı tiynəti-Adəm hənuz.

Ey Məsihadən ləbin canbəxş, ləlin dilrüba,Görməyib sən kimi bir ruhi-rəvan Məryəm hənuz.

Görmüşəm xab içrə bir müddətdi qaşın tağını,Qəddim ol mehrab şövqindən qalıbdır xəm hənuz.

Макта — последний бейт с тахаллусом поэта. Xal məhrəm, sürmə həmdəmdir o mahə, Seyyida,Mən qərabəxtü qəragün olmazam məhrəm hənuz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе