Mehri-rüxsarüvi dil mahi-səmadən seçməz
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Mehri-rüxsarüvi dil mahi-səmadən seçməz,Etibarı yox onun, ağı qəradən seçməz.
Nə hünərdir ki, tanır xublər içrə səni dilHansı bir kəsdir o kim, şahı gədadən seçməz
Ey ləbin aşiqə külqənd, gözün bimarıMövtə müşrifdi, dəxi dərdi dəvadən seçməz.
Bəski dil aşiqi-göftari-şəkərbarındır,İstəyir nitqüvi, düşnamı duadən seçməz.
Dili divanəni zəncirə çəkərsən yeri var,Ətri-zülfün nə üçün müşki-Xətadən seçməz.
Sən nə bütsən ki, əya Kəbeyi-ərbabi-səfa,Mərveyi-kuyüvi hüccac Səfadən seçməz.
Макта — последний бейт с тахаллусом поэта. Demə Seyyid, ki vəfa tərkin edib qıldı cəfa,Tifldir yar, hələ zülmu vəfadən seçməz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-mehri-ruxsaruvi-dil-mahi-semaden-secmez
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İstəyir şəhrdən ol dilbəri-məhparə gedə,Günümü hicrdə zülfü tək edib qarə gedə.
Nolaydı bəzmimə ol gülüzar bir də gələNolaydı bəzmimə ol gülüzar bir də gələ,Şükufələr açılıb, novbahar bir də gələ.
Cəfadı karı deyib ol nigarı qoyma gedəCəfadı karı deyib ol nigarı qoyma gedə,Əlindən ol sənəmi-gülüzarı qoyma gedə.
Kim ki, meyxanəni bu dəhrdə bünyad etdiKim ki, meyxanəni bu dəhrdə bünyad etdi,Həqq onu şad edə kim, aləmi dilşad etdi.
Стихи других поэтов · О любви
Qorxum bu ki canım çıxa qəmxar gəlincəCan ayrıla təndən gül və bixar gəlincə
BakıBir zamanlar adına eşq oxudum ellərə,Şimdi artıq qəlbimin içində inlə, Bakı…
ای عاشق رخسار تو چون ما خیلیخود نیست به عاشقان دلت را میلی
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər