Cəfadı karı deyib ol nigarı qoyma gedə
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Cəfadı karı deyib ol nigarı qoyma gedə,Əlindən ol sənəmi-gülüzarı qoyma gedə.
Nə etibar ki, səyyadə bir də ram olsun,Çəkib kəməndüvə sal ol şikarı, qoyma gedə.
Əgərçi yar deyir qoy gedim, genə gəlləm,Yalandı, yox sözünün etibarı, qoyma gedə.
Dedi fəqih mənə, getmə yar kuyinə,Dedim bacarsan əgər ixtiyari qoyma gedə.
Yapış o türrəyə kim, tarı rişteyi-candır,Könül, bu gün səni tarı, o tarı qoyma gedə.
Gedər bahar hamı; yarü sağərin, ey dil,Ayıl, bu qəflət ilə novbaharı qoyma gedə.
Макта — последний бейт с тахаллусом поэта. Dəhanı sirrini məxfi dedim sənə, Seyyid,Dəxi budur sözümün aşikarı, qoyma gedə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-cefadi-kari-deyib-ol-nigari-qoyma-gede
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İstəsən ey mələkül-movt ki, canım alasan.Get, mənə surəti-yarımda nümayan ol, gəl.
Həmdəmi-yar əgər fəriştə olaHəmdəmi-yar əgər fəriştə ola,Aşiqi-zarı bədgüman eylər.
Əgər vüsalüvi həq xəlqə qismət etsəydiƏgər vüsalüvi həq xəlqə qismət etsəydi,Ümid kimsənə tutmazdı baği-rizvanə.
Çəmən şahidləri kim, sərbəsər toprağə yatmışdıÇəmən şahidləri kim, sərbəsər toprağə yatmışdı,Qiyamətdir bu gün kim, baş çəkib torpaqdən yeksər?!
Стихи других поэтов · О любви
Nazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Şe’r və məhəbbətŞadam səri-kuyində nikahban ola bilsəm,Bir dəm hərəmi vəslinə mehman ola bilsəm.
Can ilən canan, deyillər, can təmənnasındadırCan ilən canan, deyillər, can təmənnasındadır,Baş verrəm, bilsəm ər, canan təmənnasındadır.
بر عارض یار من سپهر از انگَشتمنشور زوال حسن او خواست نوشت