Kim ki, meyxanəni bu dəhrdə bünyad etdi,Həqq onu şad edə kim, aləmi dilşad etdi.

Seyli-qəm etmiş ikən aləmi-imkanı xərab,Rəhmət ol şəxsə ki, meyxanəni abad etdi.

Bəndeyi-piri-müğanəm ki, inayətlər edib,Özlügümdən məni bir cam ilə azad etdi.

Zahida, düxtəri-rəz ümmi-fəsad isə əgər,Nəxli-ənguri neçin həqq özü icad etdi?

Макта — последний бейт с тахаллусом поэта. Hamı məscid tərəfə getsə əgər, ey Seyyid,Bəs neçin piri-müğan meykədə bünyad etdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине