Xoşa ol aşiqə kim məclisində yarı ola,Visali-yardə fərxəndə ruzigarı ola.

Neçə rəfiqi-müvafiqlə əgləşib içə mey,Nə kəsri məclisi-meydən, nə intizarı ola.

Şərabə olmasa da gərçi nəqd simü zəri,Şərabxanədə bari bir etibarı ola.

Bu gunə qoymaz idim, zülfüvə əsir olsun,Əgər əlimdə dili-zarın ixtiyarı ola.

İlahi, bülbülə olsun həmişə gül həmdəm!Müdam o xəstədilin gülşəni, baharı ola.

Mənim tək olmaya məhrum gülüzarından,Nə qüssədən ürəgi qan, nə xar xarı ola.

Макта — последний бейт с тахаллусом поэта. Behiştə meyl eləməz, Seyyidin əgər, ey gül,Yanında sən kimi bir yari-gülüzarı ola.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви