Olmasaydı qəmi-eşqin dili-viranımda,Saxlamazdım onu bu izzət ilə yanımda.

O qara xalı mənə versələr qanın içərəm,Nə üçün mənzil edib arizi-cananımda.

Tutanı müshəfi-rüxsarüvi ol kafər xət,Görünür gör nə xələllər mənim iymanımda.

Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb,Bu nə rəftardır ol sərvi-xuramanımda?

Макта — последний бейт с тахаллусом поэта. Düşəni xublərin könlümə fikri, Seyyid,Əlli Yusif tapılır külbeyi-əhzanımda.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви