Dünən gecə mənə həmbəzm bir səmənbər idi,Məhi-cəmalı ilə gözlərim münəvvər idi.

Başımda nəşeyi-mey, xatirimdə zövqü səfa,Bir əldə türreyi-dilbər, bir əldə sağər idi.

Gecəm o hur cəmalilə ruz tək rovşən,Yerim behişti-bərin, badəm abi-Kövsər idi.

Nə xahiş eyləsəm ol bəzm ara olub hasil,Nə arizu eləsəm yardən müyəssər idi.

O gunə çox gecələr görmüşəm behiştasa, –Və leyk, ol gecə həm, bir behişti-digər idi.

Xuda keçən gecəni ömrümə hesab eləsin –Ki, hər dəqiqəsi yüz min günə bərabər idi.

Макта — последний бейт с тахаллусом поэта. O qədr axtarasan, ey şəhi-diyari-vəfaKi, heyf öldü bu Seyyid, qəribə çakər idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви