Qurtardı nisfi-şamdə, saqi, şərabımız,Etdi qürub, heyf, bizim afitabımız.

Baxma kitabi-hikmətə, mey tök kitabiyə,Çoxdan itibdi, ey ləbi meygun, kitabımız.

Derlər behişt əhlinə cənnətdə yox əzab,Bəs kuyi-yardə niyə-artdı əzabımız?

Ağzın açıb xitabıma verməz cavab o gül,Pinhan nə söyləyim ki, verildi cavabımız.

Zahid sözilə eyləmədik bir səvabə meyl,Bəsdir cəza günündə bizə bu səvabımız.

Bülbül pərində başını gizlətdi şərmdən,Əskik degil o qönçeyi-tərdən hicabımız.

Макта — последний бейт с тахаллусом поэта. Seyyid, həmişə talibi-meyxanəyik məgərBu xakdən siriştə olubdur türabımız?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине