Çeşmində qəzəb yoxsa dili-zarım üçündür?Qəhri o təbibin dili-bimarım üçündür?

Şadəm ki, salır qeyr məni yaduva hərdəm,Hərçənd ki, yad etməgi azarım üçündür.

Rüsvalığım oldu səbəbi-şöhrəti-dildar,Tərki-vətən etdimsə əgər, yarım üçündür.

Hər gecə fəğanım yetişir gögdə hilalə,Bu nalələr ol əxtəri-səyyarım üçündür.

Макта — последний бейт с тахаллусом поэта. Sən də gedibən ağla öz əhvaluva, Seyyid,Fəryadü fəğanım mənim öz yarım üçündür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви