Xəstə canım çəkdi ah, ol nərgisi-fəttan görüb,Avçı tək kim, ox çıxarub səlbdən ceyran görüb.

Həlqəyi-zülfini görgəc könlümün əfğanıdur,Tiflyanlıq kim, çığırğay nagəhan yilan görüb.

Gözlərim qanın görüb qaçdı qara yüzlü rəqib,Yoxdurur, cana, əcəb gər qaçsa hindu qan görüb.

Ləblərin öpgəc əlimdən getdi ol zülfü-siyah,Brəhmən küfrin unutdu ləzzəti-iman görüb.

Макта — последний бейт с тахаллусом поэта. Kişvəri qaçmaz ğəmindən necə kim, var canı kim,Yüz çevirməz ləşgəri, sultanidən ehsan görüb.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви