Mənim bir dilbərim var kim, yüzi xurşidi-ənvər tək
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Mənim bir dilbərim var kim, yüzi xurşidi-ənvər tək,Dəhanı höqqeyi-mərcandurur, dəndani gövhər tək.
Saçı sünbül, gözü ceyran, yüzi gülgül, xəti reyhan,Rəhü rəftari şirinü ləbü göftari şəkkər tək.
Üzarı ayəti-rəhmət, yanağı laleyi-xodru,Buxağı cənnət alması, tən əndamı mərmər tək.
Xuraman qaməti üstə pərişan kakilin hər yan,Könüllər asılur hər taridən şahi-sənubər tək.Bədəmdillah ki, xublar məclisində ol sərəfrazım,Oturmuş dustlar kamidür ol səddi-Skəndər tək.
Ölüpdür Kişvəri cana, qəribü natəvan, gəlgil,Məzarı üstünə ağla yalançı növhəgərlər tək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kisveri-menim-bir-dilberim-var-kim-yuzi-xursidi-enver-tek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey xirməni-gül gülşəni-ruxsaruna qurban,Sərvü çəməni qamətü rəftarunə qurban.
Sənsizin göydivü qaldı, ey güli-baği-cinanSənsizin göydivü qaldı, ey güli-baği-cinan,Lalə tək bağrımda dağü ğönçə tək ağzımda qan.
Gəlgil axır, ey mənim canü cəhanım xandasanGəlgil axır, ey mənim canü cəhanım xandasan,Yüzi güldəstə, boyu sərvi-rəvanım, xandasan.
Mana bir çarə qılmazsan, necə biçarə bolğaymən.Mana bir çarə qılmazsan, necə biçarə bolğaymən.Həm ol əvla ki, mən bu şəhrdən avarə bolğaymən.
Стихи других поэтов
Ey padşahım bir dur,Dərvişi fərəhnak et,
Cana, məhəbbət aləmi pürinqilab olurCana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.
Qəzəl: Hər zəman kan qəd-o balaهر زمان کان قد و بالا ز نظر میگذردوه چها بر دل و بر دیدهٔ تر میگذرد
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olurQan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.