Ey gül, nə rəvadır səni meyxarə desinlər,Bədnam desinlər səni, avarə desinlər.

Xəlvət nə rəva qeyr ilə, ey Yusifi-sani,Kim, pirəhəni-ismətüvi parə desinlər.

Xurşidi-mey ardınca səni hər gecə ta sübh,Ey mah, nə layiqdi ki, səyyarə desinlər.

Hər qəlbi qara nakəs ilə eyləmə ülfət,Heyfa, səni aləmdə üzüqarə desinlər.

Макта — последний бейт с тахаллусом поэта. Seyyid təki etmə həvəsi-badeyi-gülgun,Qorxum budur, ey məh, səni meyxarə desinlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов