Dəhrin mənə sənsiz bu baharı nə gərəkdir?
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Dəhrin mənə sənsiz bu baharı nə gərəkdir?Gülzari-çəmən sövti-həzarı nə gərəkdir?
Aşüftə könül tari-səri-zülfüvü istər,Sünbül mənə sənsiz, səni tarı, nə gərəkdir?
Ətri-sərn-zülfün mənə mətlubdur, ey gül,Əttarların müşki-tətarı nə gərəkdir?
Hər gecə ki, ağuşi-xəyalımdadır ol mah,Zahirdə olan busü kənarı nə gərəkdir?
Ey zahidi-xudbin, yeri, öz eybinə kur ol,Xəlqin sənə bu eybü əvarı nə gərəkdir?
Bibadeyi-gülgun bizi məst eylədi, saqi,Minbəd meyin rəncü xumarı nə gərəkdir?
Макта — последний бейт с тахаллусом поэта. Qonşu toyuğu qaz görünür qonşuya, Seyyid,Öz yarüvi tut, özgə nigarı nə gərəkdir?
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-dehrin-mene-sensiz-bu-bahari-ne-gerekdir
Клавиши ← → для перехода, R — случайное стихотворение