O qəragöz ki, mənim eşqdə sultanımdır
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
O qəragöz ki, mənim eşqdə sultanımdır,Xaki-payı gözümə köhli-Sifahanımdır.
Nə pəri sədməsidir sərdə, nə sövdayi-cünun,Məni Məcnun edən ol zülfi-pərişanımdır.
Sanma kim, arizi-alın xət ilə oldu siyah,Səni, ey mahi-pəriçöhrə, tutan qanımdır.
Qaldı can, çəkdilər ol şuxun oxun cismimdən,Eylə bildim ki, oxu qaldı, çıxan canımdır.
Getmə kəc, ey dili-şeyda, o hilaləbrunun,Gər desəm mah üzün, eşqdə nöqsanımdır.
Xızr ol səbzxətin təng dəhanın görcək,Basdı kim bağrına, bu çeşmeyi-heyvanımdır.
Макта — последний бейт с тахаллусом поэта. Seyyid, ol şəm qəmindən gecələr sübhə kimiYanan əhvalıma kim, bu dili-suzanımdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-o-qeragoz-ki-menim-esqde-sultanimdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir gecə hicran cəzasıyçün əgər məhşər günüAlmaram ərz etsələr yüz hurü qılmani mənə.
Apardım qəbrə mehri-ruyün, amma qorxum ondandırApardım qəbrə mehri-ruyün, amma qorxum ondandır –Ki, xakimdən çıxıb gül, qeyrlər ondan gülab etsin.
Əvvəl mənə bir lütf edib sonra qılır bidadlərƏvvəl mənə bir lütf edib sonra qılır bidadlər,Ta kim şikayət etməgə lütfi pəşiman eyləsin.
Bunca daş atma fələk, Seyyidi-divanəyə kimBunca daş atma fələk, Seyyidi-divanəyə kim,Atsa bir daş eləyər şişəni sədparə sənin.
Стихи других поэтов · О любви
Mənim bu müşkül dərdimə kim dözüb dayana mərd,Qəvvas kimi qərq olmuşam dəryayi-ümmana mərd.
DivanəsidiGecə-gündüz həsrətini çəkirəm,Xəyalım xəyalın divanəsidi.
Məni bir qaşı kəman oxladı müjganı iləMəni bir qaşı kəman oxladı müjganı ilə,Atdı bir ox ki yarar könlümü peykanı ilə.
ElərEy ağalar, məni neçin qmarsız?Eyləsə dərdimə bıı dərman elər.