Gecə-gündüz həsrətini çəkirəm,Xəyalım xəyalın divanəsidi.Məni səndən uzaq saldı seyraqub,Bu çərxi-gərdişin zəmanəsidi.

Mina boylu, siyah telli sevdiyim,Uzaq durub yaxın sözün dediyim.Acı sözün şəkər kimi yediyim,Yarım gözəllərin vəfalısıdı.

İnsaf eylə, ay beymürvət, ay zalım,Dolanım başına, dərdini alım.Ala gözlü, şux baxışlı tərlanım,Qasım da gözlərin sadağasıdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви