Ol üzü xurşid kim aşiqlərin cananıdır
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ol üzü xurşid kim aşiqlərin cananıdır,Gün təki rövşəndi kim, bu xəstə cismin canıdır.
Zülməti-zülfində, pinhan, ləlinə meyl etdi dil,Ol dəhani-təng Xızrın çeşmeyi-heyvanıdır.
Sirrimi aləm bilir, ey dil, nə pinhan eyləyim,Aşkarə dil alan ol xəndeyi-pinhanıdır.
Ey təbib, əl çək əlacımdan, mənə etmə əlac,Xaki-kuyi-dust kur olmuş gözüm dərmanıdır.
Nami-məşuqi nə hacət zahir etmək, ey könül,El bilir, aləm bilir gülrüxlərin sultanıdır.
Sinədə peykanuva qıldım cigər qanın qida,Canə minnətdir ki, bu cananımın mehmanıdır.
Namə gəldi yardən, istər cəsəddən canımı,Böylə sandım ki, həqin gögdən gələn fərmanıdır.
Макта — последний бейт с тахаллусом поэта. Olma yarın, Seyyida, cövrü cəfasından məlul,Aşiqə cövrü cəfası dilbərin ehsanıdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ol-uzu-xursid-kim-asiqlerin-cananidir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey saqiyi-gülçöhrə, mahi-rəməzan oldu,Gülzari-rüxi-dilbər zəf ilə xəzan oldu.
Dilü can valehi-hər gülrüxi-cananə idiDilü can valehi-hər gülrüxi-cananə idi,Gərçi cananələrin qəsdi dilü canə idi.
Təsəvvür eyləmə kim, məst edibdi badə məniTəsəvvür eyləmə kim, məst edibdi badə məni,Gözündü məst qılan badədən ziyadə məni.
Ey dil, genə ol şöbədəgər yadıma düşdüEy dil, genə ol şöbədəgər yadıma düşdü,Piranəsər ol sadə pəsər yadıma düşdü.
Стихи других поэтов · О любви
Qaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənəKönül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.
Səni gördüm bir bayatı çağırdımBizim bağın barı mən,Arzularam yarı mən.
یار از ما جان و ما از یار ساغر خواستیمجان به جان دادیم و جان بردیم و دیگر خواستیم