Ey oğul, olma hiç gidyə-tələb –Ki, gədalarda yoxdu şərmü ədəb.Rəsmdir kim, gəda olur kahil,Kahili küfr söyləyib aqil.Mərdi-kahildə kim görüb qeyrət,Abi-rudən düşər o bədtinət.Eyləməz taəti-xudayi-cəlil,Olu bietibar, xarü zəlil.Olma dun-təb olan xəsisə cəlis –Ki, xəsisin olur cəlisi xəsis.Eyləmə hər gəda ilə ülfət,Şəxsi-təmadən elə nifrət.Ey oğul, tutma nanəcib ilə xu,Türkdə bir gözəl məsəldir bu:At yanında ki, bağladın yabu,Rəngi bir olmasa, olur həmxu.Fürsdə bir səramədi-dövranBu sözü beylə eyləyibdü bəyan:“Xupəzir əst təbi-insani,

**Babədan kəm nişin ki, bəd mani”.Ey oğul, bu hekayəti-zibaSənə bu macəranı eylər əda:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов