Ey əzəli can ilə cananımız
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ey əzəli can ilə cananımız!Eşqi-rüxündür əbədi şanımız.
Kə’bə üzündə bizə, ey Fəzli-həq,Zülfü rüxün qibləvü imanımız.
Vəchinə yazdı otuz iki hüruf,Hikmət ilə münşiyi-ərkanımız.
Surəti çün əhsəni-təqvim imiş,Səndə zühur eylədi sübhanımız.
"Səvvərəkəllahü əla şəklihi"Üştə nəbinin sözü bürhanımız.
Mö’minə həq dünyanı zindan dedi,Möminə çox qalmaya zindanımız.
Uymadı arif sözünə vaizin,Divə müti’ olmadı insanımız.
Əvvəlü axırda üzündür, üzün,Sün’i-xuda, qüdrəti-yəzdanımız.
Kim ki, sücud eyləmədi hüsnünə,Divi-lə’in olduvü şeytanımız.
Can necə tərk eyləsin, ey can, səni,Çünki canın canısan, ey canımız!
Pərdə üzündən götür, ey surətinFəzli-ilahi ilə rəhmanımız.
Eynimə sənsiz tikan oldu cahan,Qandasan, ey tazə gülüstanımız?
Ta biləsən kim, necədir, ey fəqih,Adəmi-xaki ilə ehsanımız.
Hüdhüdü Bilqeysə rəsul eylədi,Naməni göndərdi Süleymanımız.
Макта — последний бейт с тахаллусом поэта. Cövr ilə yandırdı Nəsimiyi dust,Həm bu idi dust ilə peymanımız.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-ey-ezeli-can-ile-cananimiz
Клавиши ← → для перехода, R — случайное стихотворение