Siçan və pişik (Var idi bir şəhrdə bir bəd pişik)
Var idi bir şəhrdə bir bəd pişik –Kim, yox idi bir belə mürtəd pişik.Muşlərə zülmün edib aşikar,Gün də edərdi neçə muşi şikar.Gəlmiş idi təngə siçanlar hamı,Eylədilər dəfi-qəmə əncamı.Cəm oluban eylədilər məşvərət,Gördülər axır bu işi məsləhət –Kim, tapalar bir cərəsi-pürsəda,Eyləyələr çareyi-dərdü bəla.Bağlayalar zəngi pişik boynuna,Zəng eləyə gürbə gələndə səda.Gürbə gələn vəqt siçan tutmağa,Zəngin ola ta ki səsi bərməla.Qaçıb girə hərə öz yuvasına,Düşməyələr ta pişik bəlasına.Cümlə bu tədbirə dedi: – Mərhəba!Tapdıla bir zəngi-qəvi, pürsəda,Ərz elədi ta o zaman bir siçan:Ey sizə qurban ola bu natəvan!Etdiyiniz yaxşı sərəncamdır,Kim deyəcək püxtə deyil, xamdır?Kimdir o sizdən ki, doya canına,Qoya qədəm ol pişiyin yanına?!Kimdə o cürət olu, kimdir o kəs,Ta pişiyin boynuna assın cərəs?Qaldı o dəm matü məəttəl hamı,Bilmədilər dəfi-qəmə əncamı.Eyləmə, Seyyid, bu sifət fikri-xam,Olma siçanlar kimi sən də əvam.Fikrə düşüb etmə xəyali-məhal,Etmə qəvi-çəng ilə fikri-cidal.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-sican-ve-pisik-var-idi-bir-sehrde-bir-bed-pisik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Firəngistanın əyanlarından bir mütəməvvil olan şəxs bir qitə dilgüşaolan bağ saldırmışdı. Haman busitansəranın tağında yazdırmışdı ki, bu
İskəndər ibn Filippin hekayəsiBir gün İskəndər ibn Filipp ki, padşahi-Rum idi, ətrafında məcməolan əşxasa dedi ki, mən ömrümdə heç bir saili feyzi-nəvalımdan
Müsafir və xəsisBir şəxs səfərə gedirdi. Onun bir nəfər bəxil olan dostu var idi. Birgün bəxil olan dostuna dedi ki, səfərə gedirəm, əngüştərini (yəni
Sail və LoğmanBir şəxs Loğmandan sual elədi:– Hikməti kimdən öyrəndin?