Gəldi bir hakimi-ülüvv-məkan,Həmədan ölkəsində oldu əyan –Ki, eşitmişdi ol büləndməkanBir nəfər şəxsi sahibi-ehsan –Kim, o şəxsin gözəl səxavəti var,Süfrəsi, lütfü, bəzli-dövləti varSahibi-bəzlü cuddir ənam,Füqərayə müdam edir ikram.Geydi bir köhnə sovb ol sərvər,O səxinin yanına gəldi, məgər,O səxi etmədi ona ikram,Görmədi bəzlü cudü süfrə, təam.Gəldi hakim evində tutdu qərar,Görmədi onda lütfdən asar.Sübh geydi libasi-zərtarı,Caməsin etdi rəngi-gülnari.Görcək ol şəxs eylədi pişvaz,Əlini tutdu, qıldı çox ezaz.Xoş səfa eylədi, dua qıldı,Mədhlər söylədi, səna qıldı.Dedi: – Qurban sənə bu ev, bu eşik,Mən gərəkdir çəkəm qapında keşik.Etdi amadə neməti-əlvan,Kəbkü teyhuvü bərreyi-büryan.Gördü hakim çün ol sərəncamıO ziyafətləri, o ikramı,Gətirib löqmə-löqmə peyvəstəDüzdü əlvan libasının üstə.Dedi ev sahibi: – Nə halətdir,Tutduğun iş xilafi-adətdir.Dedi ki, mən dünən də gəlmiş idim,Səni mən cud əhli bilmiş idim.Görmədim səndə cuddan asar,İndi gördün libasımı zərtar.Sən mənimçün ziyafət etməmisən,Yox, bu paltarə hörmət eyləmisən.Bəs yesin bu qidaları bu libas,Həqq olan sözdən eyləmə vəsvas.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов