Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi
Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi,Zövqi-didarilə könlümdə qərarım var idi,Bir üzarı mah, zülfü müşkbarım var idi,Ləbləri şəkkər, üzü gül tacdarım var idi,Bir cəmalı rəşki-bağü gülüzarım var idi,Sünbülüm, sərvim, gülüm, bağım, baharım var idi,Bir pəri peykər, mələk rüxsar yarım var idi,Kim hərimi-vəslinə busü kənarım var idi,Yar vəslindən, qərəz, xoş ruzgarım var idi,Eyləməzdim meyli-gül, ol gülüzarım var idi.
Rəşk edib dövri-zəmanə saldı firqət, aqibət,Qoydu ol mahə məni-nalani həsrət, aqibət.
Ey düri-yekta ki, yoxdur aləm içrə qiymətin,Dilrübalıqda tutub cümlə cahanı şöhrətin,Gərçi mən çəkdim rəhi-eşqində rəncü zəhmətin,Verdi hər gün yüz mənə yüz min bəlavü möhnətin,Oldu, ey gül, həm sənin hər xarə meylü ülfətin,Özgələr bəzmin münəvvər qıldı mahi-tələtin,Əlqərəz kim, oldu qismət qeyrə xani-vəslətin,Qaldı mən dilxəstəyə ancaq məlalü xiffətin,Ah, yüz min ah, əgər könlümdə qalsa həsrətin,Qət edər sərrişteyi-ömrümü tiği-firqətin.
Billah örtülməz məzarım ahü zarımdan mənim,Baş çəkər topraqdən əflakə suzü şivənim.
Bəs ki, hər şəb firqətindən eylərəm çox ahü zar,Halıma ağlar dərü divar, yeksər biqərar,Zəf olub qalib, məni dün xab alıb biixtiyar,Xab tutcaq çeşmimi, gördüm səni, ey gülüzar,Eylə bildim ki, degildir xab, sandım aşkar,Yalvarıb öpdüm əlin, düşdüm ayağə xaksar,Eylədim hicran əlindən çox şikayət bişümar,Kim, visalından məni dur etdi devri-ruzigar,Eylər idin Seyyidi həm vəslinə ümmidvar,Nagəh oldum xabdən bidar, gördüm yoxdu yar.
Qüssədən ta sübh olunca zarü bidar ağladım,Oldu cari gözlərimdən əşki-gülnar, ağladım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ey-xos-ol-gunler-ki-bezmimde-nigarim-var-idi-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir gün olmuşdu Həzrəti-MusaCanibi-Turi-pakə rəhpeyma.
Hekayət (Yoxdu bir kəsdə ki, sücud ilə cud)Yoxdu bir kəsdə ki, sücud ilə cud,Yaxşıdır ki, ədəm ola o vücud.
Hikmət (İki aqil kəs eyləməz dəva)İki aqil kəs eyləməz dəva,Eyləməz bir-birinə büğz əsla.
Hikmət (Kurlər hifz edəllə Quranı)Kurlər hifz edəllə Quranı,Leyk bilməzlər onda mənanı.
Стихи других поэтов · О любви
Mən eylə bilirdim kı, mənə yar olacaqsan,Aləmdə məne yari-vəfadar olacaqsan,
Sevgi candan ayrılmazSevən könlüm sevdi səni,Sevgi candan ayrılmaz!
Ətrin bənövşə ətrinə bənzər, sevimli yarƏtrin bənövşə ətrinə bənzər, sevimli yar,Hicranda şəmtək ürəyim od tutub yanar.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm