Ətrin bənövşə ətrinə bənzər, sevimli yar
Ətrin bənövşə ətrinə bənzər, sevimli yar,Hicranda şəmtək ürəyim od tutub yanar.Bağrım fəraqdan alışır lalə bağrıtək,Yoxdur həyat bağında sənintək gözəl çiçək.Könlüm apardı, ovçumudur, söylə, gözlərin?Sehirmi, cadugərmi məgər dadlı sözlərin?Bir dağmı, yoxsa ki, ucalan sərv qamətin?Gəlsin rəqib, ta ki görə bu qiyamətinGöylər şəfəq saçanda səhər, axşam ey pəri,Seyrə çıxanda ay kimi bu doğma çölləri,Boylan bizim pəncərədən, boylan, ey mələk,Yoxdur həyat bağında sənintək gözəl çiçək.
Gəl, gəl, gözün fədası olum, bir də gəl yenə,Mən qəmlənəndə, körpə kimi bir də gül yenə.Qəlbimdəki döyüşlərimin qəhrəmanı sən,Göylər qucan xəyalımın əvvəl nişanı sən.Sənsiz necə ömür sürərəm, sənsiz, ey nigar?Ətrin bənövşə ətrinə bənzər, sevimli yar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-etrin-benovse-etrine-benzer-sevimli-yar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Satiya, dur dolanım başına, gəl dövranə,Cami-zərrini götür, bircə dolan məstanə.
Köhnə dostÇoxdandır əllərin əlimə dəymir,Niyə bu köhnə dost köhnəlmiş oldu?
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Çıxmaz başımdan eşq ilə sevdası dilbərinÇıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,