Dauqava
İncə bir çiçəyim vardı, Dauqava,Bir gözəl-göyçəyim vardı, Dauqava,Min arzu-istəyim var, DauqavaNecə qıydın balama sən?Ala gözlü sonama sən?O mehriban Leylama sən?
Sinəmə dağ çəkdi həyat, Dauqava,Sən də çəkdin.Bəs insafın harda qaldı?
Körpə Leylam sularında,Söylə necə darda qaldı, Dauqava?Bəs insafın harda qaldı, Dauqava?Gəl qəlbimi qopar indi,Gəl məni də apar indi.
Mən suları çox sevirdim, Dauqava,Məni ellər tanıyırdı dənizlər aşiqi kimi,Sular yaraşığı kimi.Sinəmə dağ çəkdi sular məhəbbətdən,Dauqava.Alışıram bu həsrətdən, Dauqava,Sarsılıram bu möhnətdən, Dauqava.Gəl qəlbimi qopar indi,Gəl məni də apar indi.
Bu dərdimə,Qəlbimdəki bu dözülməz ağrılaraKim səbəbkar,Dauqava?Səndən Latış ellərinə şikayətim, gileyim var,Dauqava!
Ömrümüzə doğmuş idi yeni sevinc,Yeni bahar, Dauqava.Sevincimi, baharımı yedi sular, Dauqava.Ürəyimdə batıb qaldı çox arzular, Dauqava.Gəl qəlbimi qopar indi,Gəl məni də apar indi.
Mən dözürəm,Dərd əlindən ürəyimdir çəkən haray, Dauqava,Dərdlərimin şahididirGündüz günəş,Gecələr ay, Dauqava.
Nə çəkirəm,Necə keçir gecələrim?Ürəklərdən soruş özün,Gündüzümü sor günəşdən.
Qəlbimdəki bu alovdan,Bu atəşdənQorxuram ki, quruyasan, Dauqava.Faciəli ölümləriSanma asan, Dauqava.Ağır həyat yollarındaHaçandır baş ağartmısan, Dauqava.
Ömrüm uzun, günüm qara, Dauqava.Leylam ilə səbrim batdı sərt sulara, Dauqava!Araz hara, bəs sən hara, Dauqava?Tale məni çəkmiş dara,Gör haradan qovmuş hara, Dauqava.
Dalğaların şahə qalxdı o gün axşam, Dauqava,Leylamın başından axdı, o gün axşam, Dauqava,Sinəmdə dərdlərim dağdı, Dauqava.
Sinəmə dağ çəkdi həyat,Sən də imdadıma çatmadın, heyhat, Dauqava!Balama vermədin nicat, Dauqava.Gəl qəlbimi qopar indi,Gəl məni də apar indi.
Mən danışdım, Dauqava,Sən də danış.Mən alışdım ürəyimdən, Dauqava,Sən də alış,Danış, susma, təsəlli ver mənə barı,Danış, danış, Dauqava,Qəlbim kimi yanıb alış, Dauqava.
Lal axdığın eyləyər bəs,Sinəmdə odlanır ürək,Köksümdə alışır nəfəs,Alışmasın bu dünyada bir ürək dəÜrəyimtək, Dauqava.Sahilində kimsə yoxdur,Bircə mənəm,
Yanır sinəm, Dauqava.Danış, susma,Danış sonsuz ələmimdən, Dauqava.Dərdlərimdən özün danış,Qəlbim kimi yanıb alış, Dauqava! Dauqava!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-dauqava
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Saqi xumari-eşqəm, bir mey gətir, amandır,Həsrət və intizarəm, halım yenə yamandır.
Gəl bir də görüşəkGəl bir də görüşək, bir də görüşəkUzaqdan-uzağa vurğunlar kimi.
Xəzərim mənimMənim gözəl dənizim,Doğma Xəzərim mənim
Qəsr qurdum arzulardanQəsr qurdum arzulardanSəhər-axşam.
Стихи других поэтов
Doğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Məni eşq əhlinin divanına divanə yazmışlarMəni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
Yadıma düşdüOğlum Anara*Dənizdə ləpə var, dağda bulud var,