Gəl bir də görüşək, bir də görüşəkUzaqdan-uzağa vurğunlar kimi.Oturaq yenə də qabaq-qabağa,Qəlbində sevgisi, eşqi var kimi.

Baxım, bir də baxım mən heyran-heyran,Bu arzum ürəkdə qalmasın barı.Belə görüşlər də bəsimdir, inan,Könüldən görünsün könül yolları.

Gəl bir də görüşək, bir də görüşək,Qəlbimdə dil açsın həyəcan mənim.Sinəmdə tufanlar qoparsın ürək,Gülsün gözlərimdə asiman mənim,Dəyişsin gözümdə bu cahan mənim.

Uzaqdan-uzağa seyr edim səni,Təbəssüm çiləyim gülüşlərinə.Dolanım, xəyalən gəzim çəməni,Səninlə qol-qola dolanım yenə,Təbəssüm çiləyim gülüşlərinə.

Gəl bir də görüşək, sevinsin bahar,Ürəyim fərəhlər dənizi olsun.Məni qanadına alsın arzular,Yanımda hicranın bənizi solsun.

Təsəlli olmusan şair ömrümə,Mənə gələcəkdən, sabahdan danış.Gizli niskilimdən bir kəlmə demə,Ellərin eşqilə sən yanıb, alış.

Vurğunam vətənə, məftunam sənə,Belə görüşlərə alışmışıq biz.Gəl bir də görüşək uzaqdan yenə,Görüşüb, ayrılaq müqəddəs, təmiz.

Görüşüb ayrıldıq həmişəkitək,Gözlərim arxanca baxdı intizar.Sinəmdə tufanlar qopardı ürək,Qəlbimi yandırıb-yaxdı arzular.

Gəl bir də görüşək, bir də görüşək,Uzaqdan-uzağa vurğunlar kimi.Oturaq yenə də qabaq-qabağa,Qəlbində sevgisi, eşqi var kimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви