Apar məni o yerlərə,O yerə ki, sevinc, gülüşGöz yaşına qalib gəlmiş.O yerə ki, haqq, ədalətHaqsızlığa zəfər çalmış.Apar məni o yerlərə.

Apar məni o yerlərə,O yerə ki,Ağ çalmalı şəlalər,Yaşıl donlu qayalaraMahnı qoşar,Nəğmə deyər.Apar məni o yerlərə.

Apar məni o yerlərə,O yerə ki,DərələrdəQuşlar qanad salmamışdır.O yerə ki,İnsanların ürəyində,Arzu- kamı qalmamışdır.Apar məni o yerlərə.

Apar məni o yerlərə,Ümidlərin, arzuların vətəninə.Xəyalımın, ümidiminƏn səfalı məskəninə,Apar məni o yerlərə.

O yerə ki, sənə ürək –Sənə könül verər cahan.Cahanda zərrəyəm, inan,Apar məni o yerlərə.

Apar məni uzaqlara,Apar səfalı bağlara,O yerə ki,Ürəyimə bir təbəssüm,Bircə gülüşÇilər günəş.O yerə ki,Ürəklərdə hərarət var,Məhəbbət var,Bir də atəş.Apar məni o yerlərə,Apar məni o yerlərə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов