Hardasa göy gurladı,Hardasa çaxdı şimşək.Düşündüm ki, bizimdirO işıqlı gələcək.

Hardasa əsdi külək,Hardasa qopdu tufan.Düşündüm ki, zülm eviDağılacaq binadan.

Göz qoydum buludlara,Məğrur uçurdu qartal.Düşündüm ki, bizimdirBu yüksəliş həsbi-hal.

Dəniz də şahə qalxdı,Şahə qalxdı dalğalar.Düşündüm ki, hardasaTufan var, qasırğa var.

Ayrılıq həsrətimi,Bubbu səsində gördüm.Öz gənclik həvəsimi,El nəfəsində gördüm.

Hardasa dalğalandı,Ayna üzlü bir dəniz.Gördüm ki, döyüşlərəYenə də hazırıq biz.

Hardasa yağdı yağış,Ürəyimdə açdı yaz.Dilə gəldi nəğməmiz,Dilə gəldi telli saz.

Yaz kimi arzularım,Bəzədi çölü-düzü.Gecə özü səslədiİşıq saçan gündüzü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе