Mənim balaca Leylam
Gəlir zərif pərvanətək
Qonur hər gün yatağıma.
Şirin-şirin sözlərilə
Girir könül otağıma:
– Gəl bir yerdə şeir yazaq,
Şeir yazaq bu gün mənə.
Qələm də ver, kağız da ver,
Kömək edim özüm sənə.
– Bəs adını nə qoyaq biz? –
Mənim zərif pərvanəmin
Fikri uçur uzaqlara.
Üzü ciddiləşir bir an,
Şeir adı gəzir mənə...
Onun xəyal dünyasında
Hər şey gözəl, hər şey əlvan,
Hər şey sadə, hər şey rəvan.
Mənsə nə ad, nə söz gəzir,
Xəyallarda dolaşıram.
Ömrün yeni pilləsində
Düşüb itən gəncliyimi axtarıram,
Artıq orda düşmüş axşam...
Təəccüblü gəlir mənə,
Düşünürəm,
Nə vaxt, necə oldum nənə?
Nəvəm ağladı,
Oğlum əlilə onun ağzını bağladı:
– Səhər çox tez oyanırsan, bala,
Dan ulduzu təzəcə batmış,
Nənən indicə yatmış.
Oyaq qalır gecələr
Ulduzlar kimi səhərə qədər.
O səhər yatır, dincəlir bir az.
Belə yaramaz...
Xəyala daldım,
Cəld qalxıb körpəni aldım.
– Uşaqla belə etməzlər, oğul,
Nənə yatmasa da olar.
Uşaq nə anlayır,
Onun öz aləmi var...
Qəlbim döndü dağa,
İlhamım qaynayıb, coşan bulağa.
Əməyim itməmiş dünyada,
Boyum bərabəri oğul böyütmüşəm.
O məni anlayır,
Bir yaşlı balasını
Yaşlılar kimi danlayır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-menim-balaca-leylam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qurtarmadımı ağlamağın mövsimi, yarəb?Hər gündə münacat olunur məscidimizdə.
MəndənBaşına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,