Sən qürbətdə qalalı,Qürbəti sevmişəm mən.İndi əvvəlkilər təkHaray çəkib demirəm:Haray qürbət əlindən...Sən gedəli vətənim,Mənə doğma torpağım,Qürbət olmuşdur inan.Sən məndən uzaqdasan.Elə bil ki, səninləİtirdim rahatlığı,İtirdim səadəti,Qəlbimdəki arzularKöçüb getdi səninlə,Ürək səni arzular.Sənsiz doğma diyarım,Sənsiz yaşıl çəmənimGözümə boz görünür.Xəyalım gecə yarıOtağına sürünür,Səni axtarır, gəzir...Elə bil ki, gəncliyim,Uçub getdi səninlə.Dinlə, qəlbimi dinlə.Qəlbim uzaqlardadır.Ömr etdiyin o diyarMənə doğma, əzizdir.Bilirəm o yerlərinİşıq saçan göyləriGünəşdən də təmizdir.Dünyanın hər yerindəYaşamış olsan da sənO yeri xəyalımaMəskən eyləmişəm mən.Çünki öz vətənimdəÇölümdə, çəmənimdəSənsiz qərib kimiyəm.Yalqızam göylərdəkiUlduz kimi gecələr,Yalqızam gecə yarı,Yalqızam axşam-səhər.Sən qürbətdə qalalı,Qürbət həsrətindəyəm.Sənə illərdən bəriQürbət vətən olalıQürbət niyyətindəyəm.Heç olmasa sən inan,Yaşadığın o məkanÖmrüm, həyatım qədərƏzizdir, qiymətlidir,Sənsiz çəkmişəm nələr...Sən qürbətdə qalalı,Sənə illərdən bəri,Qürbət vətən olalıQürbəti sevmişəm mən.İndi əvvəlkilər təkHaray çəkib demirəm:Haray qürbət əlindən...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке