Satiya, dur dolanım başına, gəl dövranə,Cami-zərrini götür, bircə dolan məstanə.

Tari-zülfün kimi sən ki, məni bican elədin,Gətir ol ruhi-rəvan ilə məni bir canə.

Görməsin özgə gözəllər məni Məcnuni məgər,Salıb ol kafəri-birəhm məni zindanə.

Eşqdən gör nə əcəb nəf’ə yetişdim, vəh, vəh!Aqili-əsr ikən etdi məni divanə.

Qorxma nirani-fəraqın şərərindən, ey gül,Sidqilən tut üzünü bircə şahi-Mərdanə.

Ismi-ə’zəm deyilən ismi-Əlidir, billah,Gəzmə bica yerə Nəsnas kimi hər yanə.

Макта — последний бейт с тахаллусом поэта. Etməz iqrar, Nəbati, bu sözə zahidi-dun,Gəlməz imanə yəqin and içəsən qur’anə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви