Günlərim calanıb ömür yoluna,Sözlərim səpilib ayaqlarına...Sənin nur şəfəqli baxışlarındanYandırdın eşqimin çıraqlarını...Qəlbimin başından vurub asmışam,Sevgi dövlətlərinin bayraqlarını...Bir soyuq baxışın söndürə bilər,Sinəmdə məhəbbət ocaqlarını,Sənin ənlik-kirşan nəyinə gərək,Qismətin ağlayır yanaqlarını...Mənə dodaqların eylədi əvəzAnamın ən dadlı qaymaqlarını.Desən hicran gəlir, qaçaq, qurtulaq,Keçərəm Şillerin qaçaqlarını...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви