Sən oldun
Bu sevgini öz əlində bəslədin,Anası da, balası da sən oldun.Özün məni harayladın, səslədin,Dərdlərimin çarəsi də sən oldun...
Sakit-sakit şer, nəğmə ötürdüm,Tənha, yalqız bu dünyadan gedirdim,Birdən-birə öz səmtimi itirdim,Həyatım da, xilasım da sən oldun...
Nə çox idi seviləsi qız, qadın,Hər yetənə baxıb məftun olmadım.Tale özü səni mənə yolladı,Qış ömrümün son yazı da oldun...
Sən köklədin kökdən düşmüş könlümü,Həsrətlərdə yanıb, bişən könlümü,Bu yanıqlı, bu pərişan könlümün,Sevinci də, naləsi də sən oldun...
Xəyal kimi hər gün girdin yuxuma,Nəfəs kimi axdın, doldun ruhuma,Əvvəl-əvvəl dərman oldun ruhuma,Axır dərdi-bəlası da sən oldun...
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-sen-oldun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Siyasət şairləri dəbə düşüblər,Bircə misra becərib yetirməyənlər.
İstefa vermişəm şerə görəMən qalan ömrümü həbs eləyirəm,Onu təkcə şerə həbs eləyirəm.
Şer yazmayanları görüb vəcdəyə gəldimŞer ilə yaşadım həftələri, ayları,Qələmimi yormadı sözün sərt dolayları,
Amma ki, bizimkilər heç onlara bənzəməz...Mən şairlər tanıram, baş əyməyir bir kəsə,Amma ki, bizimkilər heç onlara bənzəməz...
Стихи других поэтов
Günlərin bir günündə ey qara zənci,Palmalar altında rəqs edərdin sən.
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,