İstefa vermişəm şerə görə
Mən qalan ömrümü həbs eləyirəm,Onu təkcə şerə həbs eləyirəm.Mənəm, dörd divardır, kağız-qələmdir,Mənə söz qalandır, sənət qalamdır.Gecəli, gündüzlü yazmaqdır peşəm,Bütün ad-sanlara dal çevirmişəm.Bütün şöhrətlərə tüpürmüşəm mən,Yolumun üstündən süpürmüşəm mən.Bütün əngəlləri yıxıb keçmişəm,Özümə könüllü zindan seçmişəm,Öz iş otağımı, öz iş yerimi,Qanımla yazıram sətirlərimi...Şersiz ötüşən günlərim sizdən,İndi milyon kərə üzr istəyirəm...Mənəm, dörd divardır, kağız-qələmdir,Yarımçıq şairlik mənə haramdır...İstefa vermişəm şerə görə,Bütün qulluqlara, vəzifələrə...İstefa vermişəm şerə görə,Bütün məzələrə, əyləncələrə...Mənəm, dörd divardır, kağız-qələmdir,
Şersiz bu dünya puçdur, yalandır.İstefa vermişəm şerə görə,Bütün günəşlərə, səyyarələrə...Bütün qatarlara, təyyarələrə,Dağlara, düzlərə, çəmənliklərəİstefa vermişəm şerə görə,Mənəm, dörd divardır, kağız qələmdir,Ümidim, köməyim yalnız qələmdir...
1993.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-istefa-vermisem-sere-gore
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ay ana, düşürsən tez-tez yadıma,Təzədən dönürəm uşaq oluram.
O vaxt anam cavan idi…O vaxt anam cavan idi, çox cavan,O toyların ziynətiydi, ziynəti…
Ərzin ən əvəzsiz, ən saf insanı…Səsin qulağımda, adın dilimdə,Gəzdim Mərdakanı, İbrahim dayı.
İblis təklik, gözəl təklik…Bütün aləm öz gücündə, işində,Mən qalmışam tənhalığın əlində.