Şer ilə yaşadım həftələri, ayları,Qələmimi yormadı sözün sərt dolayları,Məni ilham səslədi, çağırdı, harayladı,Onun havası ilə sözə səcdəyə gəldim,Bu meydanda mən də öz köhlənimi səyirtdim,Şer yazmayanları görüb vəcdəyə gəldim,Şer yazanlar məni çiyrəndirdi şerdən...

Mən onlarda Sabirdən heç nişanə görmədim,Azca əgər görmədim Nəsimidən,Hadidən,Gözlərində eşqdən bir işarə görmədim,Paxıllıqdı çoxunun işi, gücü, adəti...Bu aləmə mən Müşfiq, mən Vurğun deyə gəldim.Həm də haqqın verdiyi ilham adlı sehrlə...Şer yazmayanları görüb, vəcdəyə gəldim,Şer yazanlar məni çiyrəndirdi şerdən...

Mən onlara baxanda qəlbim düşdü təşvişə...Dedim bəlkə keçibdir şerin vaxtı, əyyamı...Sənətkarlar gözümdə allah olub həmişə,Yenə allah sayıram Şəhriyarı, Xəyyamı...

Əlim qələm tutalı bu fikrə-rəyə gəldim...Bu inam mənimlədir o vaxtdan, o dövrdən...Şer yazmayanları görüb, vəcdəyə gəldim,Şer yazanlar məni çiyirdindi şerdən...

Aşıq Cuma düz deyib, düz yazıb Molla Cuma,Əsil dost da, şair də, ya bir olar, ya iki...Bizdə nəzm qoşanlar xalqa keçib hücuma,Beş deyil, on beş deyil, bir ordudur bizimki...Qoy Xəqani, Natəvan gəlsin, köməyə gəlsin,Qoymayın, bu naşılar söz mülkünü devirdi...Şer yazmayanları görüb, vəcdəyə gəldim,Şer yazanlar məni çiyrəndirdi şerdən...

Yazanlar, and verirəm şairlərin canına,

Qələmləri tullayın, vərəqləri tapdayın...Gedəyin söz loğmanı Nizaminin yanına,Bu müşkülə, bu dərdə bəlkə əlac tapdı o...Füzuli də İraqdan qədim Gəncəyə gəlsin...O da nəhəng möhtəşəm,o da pirdi şerdə...Şer yazmayanları görüb, vəcdəyə gəldim,Şer yazanlar məni çiyəndirdi şerdən...

1993.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов