Birdən-birə
Zaman-zaman yığdığımızTalan oldu birdən-birə,Nəyimiz varYalan oldu birdən-birə…Tama döndü sifətimiz
Birdən-birə,Kütlə oldu millətimizBirdən-birə…Gecə yatdıq səhərAyrı-adam olduq,Heç bilmirəm necə oldu,Nədən oldu…Allahdanmı,bəndədənmi,Fələkdənmi,Zirvədəydik dərələrəSürükləndik…Elə bil ki, birdən biziBasdı qara,Bir barmağın hökmü ilə tökülmüşdükMeydanlara…Sehirlədi gözümüzü onunBircə işarəsi,Düşdü dəbə millət ilə alver etmək,Ticarəti…Birdən-birə neçə dəllalZühur etdi,Peydə oldu,Əqidələr elə bil ki,Edam oldu…Kəlmə başı aldatdılarBu milləti,Anasını ağlatdılarBu millətin…Çox təmizlər murdar olduBirdən-birə…Çox dinsizlər dindar olduBirdən-birə…Çox şairlər tacir olduBirdən-birə…Çox tacirlər şair olduBirdən-birə…Gədə-güdə birdən bizəAta çıxdı,Çörəyimiz qıta çıxdı…Qurutdular suyumuzu,Yas qatdılar toyumuza,Bərəkətli torpağımızBirdən düşdüBərəkətdən.Bircə tikə hey qalmadıMəmləkətdə.Nağıllarda olan kimi,Bu yalançı hürriyyətiSarıdılar
Boynumuza ilan kimi…O da möhkəm çaldı bizi,Özümüzdən aldı bizi,Durdu bizim qəsdimizəBirdən-birə…Qeyrətsizlik basdı biziBirdən-birə…Cənnətimiz Qarabağı satdıq yada,Satqınlıqda ad çıxartdıq bu dünyada.Şuşa getdi, tükümüz də dəbərmədi,Birimiz də ölüb, itib, gəbərmədik…Heç üfürən olmadı da gözümüzə,Ondan sonra papaq qoyduq,Kişi dedikÖzümüzə…Bu tay yandı, o tay batdı,Qanlar axdı xan ArazınSellərindənBirdən-birə…Sayca qırx milyonluq xalqıq,Aciz qaldıq üçcə milyon dələduzunƏllərindəbirdən-birə…Adımızla nə ki bağlı əfsanə var,Beca oldu,Cavanşirlər, Koroğlular necə oldu?..Harda qaldı Qorqud babam, Həcər anam,Girov qaldı yad əllərdəNeçə bacım,Neçə anam…Gecəmiz gündüzə döndü,Gündüzümüz gecə olduBirdən-birə…Birdən-birə itirilən şöhrətimizFəqət geri dönməyəcəkBirdən-birə…Heç neçəyə satdığımızO qiymətsiz torpaqları,O çayları, meşələri,O dağları,Biz canini susdurmasaq,VerməyəcəkQəbirləri belə asanVerməyəcək…Zəngilanı onlar biz təkSakit qoyub qaçmayacaqBirdən-birə,Füzulinin qapıların üzümüzəAçmayacaq
Birdən-birə…Dərman üçün bizə Cıdır düzümüzdənBir qara daş,Bircə kəsəkVerməyəcək…O meydanda can verməsək,Qan verməsəkVerməyəcək…Düşmən bizə heç bir şeyiRahat, asanVerməyəcək,Bir yumruq tək birləşməsə,Azərbaycan-Verməyəcək.Gəlin, nağıl danışmayaq özümüzlə,Bilə-biləBirdən-birə…Verdiyimiz dönməyəcəkÖzümüzəBirdən-birə…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-birden-bire
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mənə sözün, ixtiyarın verdi yaradan,Dedi:-sənə ilham, qələm qoy kömək olsun,
Mənimki sözdür, sizinki para...Siz rüşvət alan, mən şer yazan,Möhtəkir hara, sənətkar hara?!
Şairin olmur dini-imanı məgər...Siyasət şairləri dəbə düşüblər,Bircə misra becərib yetirməyənlər.
İstefa vermişəm şerə görəMən qalan ömrümü həbs eləyirəm,Onu təkcə şerə həbs eləyirəm.
Стихи других поэтов
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
Belə əhd eyləmişəm, ey bacı, cananım ilənBelə əhd eyləmişəm, ey bacı, cananım ilən,Ərseyi-Kərbübəladə boyanım qanım ilən.
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,