Nihani bəslənir ləlin xəyalı can arasında,Bəli, can riştəsi vardır, deyirlər, qan arasında.

Qübari-məqdəmin didəmdə müşküldür məkan tutsun,Nə nisbət var gədayi-məhz ilə sultan arasında.

Gözün tiği-müjənlə tökdülər bir ləhzədə qanım,Vəli, məhv oldu bu qan çeşmilə müjgan arasında.

Camalın nurunu bu hüsnilə dərk eyləməz zahid,O biçarə nə bilsin ki, nə var Quran arasında.

Zəminü asimanda hər qədər fərq olsa, vazehdir,O qədri var məsafət zöhd ilə ürfan arasında.

Tikandan gül çıxar, adət budur, amma nə nisbət varNəzərdə xar ilə ol qönçeyi-xəndan arasında.

Макта — последний бейт с тахаллусом поэта. Əgər keyfiyyəti-mey, cəzbəyi-eşq olmasa, Yusif,Təfavüt bəs nədir insan ilə heyvan arasında?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов